Pakistan hərəkatı hakimiyyətə gələndən sonra baş verən hadisələr Talibanın təcrübəsizliyini bir daha ortaya qoydu.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Taliban son günlər Pakistan qüvvələrinə qarşı ciddi təxribatlara yol verir və bu, hərəkat üçün faciəvi nəticələrə səbəb ola bilər:
“Pakistan Silahlı Qüvvələri artıq Kabil də daxil olmaqla, Əfqanıstan ərazisini raketlərlə hədəfə alıb. Taliban anlamalıdır ki, Pakistan nüvə dövlətidir və onun imkanları Əfqanıstanla müqayisə olunmayacaq qədər üstündür.”
Ekspert qeyd edib ki, Talibanın bu addımları kənar təsirlərin, o cümlədən ABŞ-ın dolayı maraqlarının nəticəsi ola bilər:
“Tramp bir vaxt demişdi ki, səkkiz müharibəni dayandırmışam, doqquzuncusu Pakistan–Əfqanıstan savaşı olacaq. Bu prosesdə ən çox zərər görənlər isə sadə əfqan insanları və hərbçilərdir.”
Üzeyir Cəfərovun sözlərinə görə, bir vaxtlar müttəfiq olan Pakistan və Əfqanıstan arasında yaşanan gərginlik bölgə üçün təhlükəli nəticələr doğura bilər.
“İslamabad Taliban administrasiyasından bu hücumların qarşısını almağı tələb etsə də, Əfqanistan bəzi silahlı qruplara şərait yaradır. Pakistan tərəfi isə artıq bu təxribatlara dözməyəcəyini açıq şəkildə göstərib,” – ekspert bildirib.
Cəfərov əlavə edib ki, ABŞ bu münaqişənin böyüməməsi üçün diplomatik kanallarla vəziyyəti nəzarətə almağa çalışır.