“Talibanın əsas niyyəti Pakistanda hakimiyyəti ələ keçirməkdir” Politoloqdan şərh

“Talibanın əsas niyyəti Pakistanda hakimiyyəti ələ keçirməkdir” Politoloqdan şərh
14:29

“Talibanın əsas niyyəti Pakistanda hakimiyyəti ələ keçirməkdir”.

Politoloq Zeynal Əmrəliyev bildirib ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi üzərində baş verən proseslər bölgədə yeni gərginliklərə yol açıb. Onun sözlərinə görə, Talibanın birinci hakimiyyət dövrü — 1996–2001-ci illərdə — bu təşkilat artıq Pakistanda da özünü möhkəmləndirməyə və orada müəyyən qruplaşmalar yaratmağa çalışırdı.

“Pakistan Talibanı həmin dövrdən etibarən ölkə daxilində aktiv fəaliyyət göstərib. Məsələn, Pakistanın sabiq baş naziri Benazir Bhuttonun 2007-ci ildə terror hücumunda öldürülməsi hadisəsini Talibanın lideri Beytullah Məhəmməd (Mücahid) öz üzərinə götürmüşdü. Bu şəxs Pakistanda siyasi proseslərə açıq şəkildə müdaxilə edirdi”, — deyə politoloq vurğulayıb.

Zeynal Əmrəliyev qeyd edib ki, Talibanın Əfqanistandan sonra ən güclü təsir etdiyi ölkə məhz Pakistandır: “Talibanın Pakistan siyasi və ictimai həyatında rolu çox aktiv olub. Bu gün də həmin sızmalar davam edir. Pakistan hakimiyyəti illərdir ölkədəki Taliban hücrələrinə qarşı əməliyyatlar həyata keçirsə də, son zamanlar Əfqanıstan sərhədindən yeni sızmalar müşahidə olunur. Pakistan–Əfqanıstan sərhədi dağlıq və keçilməsi çətin ərazidir, buna baxmayaraq, orada Talibanın ölmüş hücrələrinin dirçəldilməsi istiqamətində aktiv fəaliyyət gedir.”

Politoloqun fikrincə, Talibanın əsas məqsədi Pakistanda yenidən güclənmək və hakimiyyəti ələ keçirməkdir:
“Əfqanıstan rəhbərliyi açıq şəkildə bildirir ki, onların ideologiyası yalnız ölkə sərhədləri ilə məhdudlaşır. Lakin Talibanın davranışları göstərir ki, əsl niyyət Pakistanda da hakimiyyətə gəlməkdir. Keçmişdə də onlar ‘böyük xilafət’ qurmaq iddiasında idilər. İndi də bu ideya, sadəcə, fərqli formalarda davam etdirilir.”

Zeynal Əmrəliyev əlavə edib ki, Pakistanın Taliban üçün növbəti hədəf olması regional təhlükəsizlik üçün ciddi risk yaradır.


Sizin reklam burada
Sizin reklam burada