Şuşadakı kompleksi gəzən Prezidentin eyvandakı sakinlərlə SƏMİMİ SÖHBƏTİ - GÜNÜN VİDEOSU

Şuşadakı kompleksi gəzən Prezidentin eyvandakı sakinlərlə SƏMİMİ SÖHBƏTİ - GÜNÜN VİDEOSU
05 İyl 2024 22:05

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksini gəziblər.

Kompleksə yeni köçürülmüş şuşalılar mənzillərinin eyvanlarına çıxaraq, dövlətimizin başçısını və qonaqları salamlayıblar. 

Prezident İlham Əliyev eyvandakı sakinlərlə səmimi söhbət edib. Sakinlər Prezidentə sevgi və hörmətlərini çatdırıb, yaradılmış şəraitə görə bir daha təşəkkür ediblər.

Şuşanın azyaşlı sakinləri isə dövlətimizin başçısına səslənərək “İlham baba, biz sizi çox istəyirik” deyərək sevgilərini dilə gətiriblər.

Sözügedən görüntüləri təqdim edirik: 

 


Youtube kanalımız

Oxşar xəbərlər