“Bakıda təşkil ediləcək COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca bir sıra beynəlxalq qurum və media inistitutlarının Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənir.
Bu qurumların saxta arqumentlərindən
biri də guya Azərbaycanın sadəcə ənənəvi enerji mənbələrinə üstünlük verməsi ilə
bağlıdır”.
Bunu News365.az –a açıqlamasında Millət vəkili
Vüqar Bayramov deyib. O bildirib ki, reallıqda isə tendensiya tamamilə fərqlidir:
“Azərbaycan
regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhvə verən ölkədir. Yaşıl
enerjinin ümumi enerji hasilatında hazırda payı 17.0 faizdir və növbəti 5 ildə
bu göstərici 30.0 faizi keçəcək. Yalnız son illər alternativ mənbələrdən enerji
hasilatına 1 milyard dollardan çox sərmayə yönəlib. Xarici şirkətlər ilə bu sahədə
əməkdaşlıq son illər daha da dərinləşməkdədir. 2027-ci ildən etibarən Azərbaycanın
yaşıl enerjisinin Avropaya ixrac edilməsi nəzərdə tutulur. Bu yaşıl dünyanın
formalaşmasına ölkəmizin töhvəsidir.
Bütün bunlar
ilə yanaşı, Azərbaycana qarşı ikili standartlara əsaslanan qarayaxma
kampaniyaların davam edəcəyi gözləniləndir. Bu isə xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı sistemli mübarizəni daha da prioritetləşdirir”.
News365.az