Suriyada İŞİD üzvü SAXLANILIB

Suriyada İŞİD üzvü SAXLANILIB
13:55

Suriya təhlükəsizlik qüvvələri İŞİD-in yüksək rütbəli üzvünü saxlayıb.

News365.az xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri paytaxt Dəməşq yaxınlığındakı Maadamiya bölgəsində İŞİD terror təşkilatının Dəməşq üzrə “vali”si (rəhbəri) olduğu iddia edilən Taha əl-Zoubinin saxlanıldığını açıqlayıb.

Məlumata görə, əməliyyat xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilib. Saxlanılan şəxsin İŞİD-in paytaxt və ətraf ərazilərdə fəaliyyətinin əlaqələndirilməsində əsas fiqurlardan biri olduğu bildirilir.



Sizin reklam burada
Sizin reklam burada