“At ilində güclü olanlar qalib gələcək, kollektiv fəaliyyətlər daha uğurlu olacaq”
TV365 kanalının qonağı olan astroloq Səbuhi Rəhimli At ili ilə bağlı diqqətçəkən proqnozlar səsləndirib.
Astroloqun sözlərinə görə, At gizliliyi, müəmmalı və qapalı yanaşmaları sevmir. O, sosial və açıq xarakter daşıyır, tənhalıqdan çox, ünsiyyəti və sosial mühiti üstün tutur. Bu səbəbdən, At ilində fərdi təşəbbüslərdən daha çox kollektiv fəaliyyətlər uğur qazanacaq.
Səbuhi Rəhimli bildirib ki, At ilinin planeti Mars hesab olunur və il həm alov, həm də od elementləri ilə əlaqəlidir:
“Bu il haqlı olanlardan çox, güclü olanlar qalib gələcək. Təəssüf ki, bəzi astroloqların fikrincə, At ilində ağıllı və strateji düşünən insanların işləri hər zaman istədiyi kimi getmir, amma özünü çox bilmiş, zirehli və iddialı göstərənlər önə çıxır.”
Astroloq eyni zamanda vurğulayıb ki, At açıq danışmağı, dürüst yanaşmanı sevir, arxadan danışan və gizli iş görən insanları isə qəbul etmir:
“Bu il səmimilik və açıqlıq əsas olacaq. Gizli planlar, arxadan aparılan işlər uğur gətirməyəcək.”
Səbuhi Rəhimlinin At ili ilə bağlı proqnozları sosial şəbəkələrdə və astrologiya izləyiciləri arasında geniş müzakirələrə səbəb olub.