2026-cı ildə Milli Məclis yenidən formalaşacaq: 8 deputat mandatını itirəcək?

2026-cı ildə Milli Məclis yenidən formalaşacaq: 8 deputat mandatını itirəcək?
11:48

“Milli Məclis üzvlərinin 2026-cı ildə yenidən seçilmə ehtimalı 90 faizdir.Eyni zamanda növbəti ildə 8 deputat mandatını itirəcək”

News365.az xəbər verir ki, bunu TV365 kanalının efirində qonaq olan astroloq Səbuhi Rəhimli 2026-cı ildə Azərbaycanın siyasi gündəmi ilə bağlı astrologiyaya əsaslanan proqnozlar səsləndirərkən deyib.

Astroloq bildirib ki, gələn il Milli Məclisin yenidən seçilməsi ehtimalı yüksəkdir və bunu konkret rəqəmlə ifadə edib:

“Ehtimal 90 faizdir. 50 faizdən aşağı proqnozları açıqlamıram, çünki əminlik olmayan yerdə fikir bildirmək düzgün deyil.”

Səbuhi Rəhimli vurğulayıb ki, referendum gözlənilmir və 2026-cı ildə belə bir proses astrologiya xəritələrində görünmür.

Onun iddiasına görə, növbəti seçki mərhələsində 8 nəfər deputat mandatını itirəcək, ümumilikdə isə 8–10 arası millət vəkili Milli Məclisdən gedəcək. Daha sonra astroloq rəqəmi dəqiqləşdirərək bildirib ki, 8 nəfər deputat Milli Məclisi tərk edəcək.

Astroloqun bu açıqlamaları elmi-siyasi fakta deyil, astrologiya proqnozlarına əsaslanır və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada