Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri keçmişdən fərqli olacaq

Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri keçmişdən fərqli olacaq
15:28

ABŞ, Ukrayna və Rusiya arasında aparılan danışıqlarda təhlükəsizlik zəmanətləri və tərəflərin öhdəlikləri əsas müzakirə mövzusudur. Analitiklər bildirir ki, yeni zəmanətlər keçmişdən fərqli olaraq daha geniş və etibarlı olmalıdır.

News365.az-a danışan politoloq Bakir Həsənbəyli Ukrayna ilə Rusiya arasındakı münaqişə və ABŞ tərəfindən veriləcək təhlükəsizlik zəmanətləri barədə açıqlama verib.

Həsənbəyli bildirib ki, hazırda ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bir neçə görüş keçirilib və tərəflər arasında müzakirə olunmuş 28 maddədən 20 maddə ictimaiyyətə təqdim edilib. Onun sözlərinə görə, sənədlərin əsas məqsədi təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlıdır:


Bu məsələlər yalnız bir-birindən ayrılmış bəhlər şəklində deyil, həm də ümumi təhlükəsizlik məsələlərini əhatə edir. Ukraynaya veriləcək zəmanətlər 1994-cü ildə verilənlərdən fərqli olacaq. Burada sual yaranır ki, Rusiya verilən imzaların arxasında sona qədər dayanacaqmı”, – Həsənbəyli qeyd edib.

Politoloq əlavə edib ki, 2003-cü ildə Ukraynanın keçmiş Prezidenti Kucmə ilə Rusiya Prezidenti Putin arasında sərhədlərin toxunulmazlığı ilə bağlı sənəd imzalanmışdı, lakin buna baxmayaraq, son illərdə Rusiya Ukraynanın ərazilərini bombardman edib, işğal həyata keçirib, infrastrukturu dağıdıb və insan itkilərinə səbəb olub.

Həsənbəyli vurğulayıb ki, hazırkı danışıqlar keçmiş zəmanət və müqavilələrdən dərs çıxararaq, Ukrayna üçün daha effektiv və etibarlı təhlükəsizlik təminatlarının verilməsinə yönəlib.


Sizin reklam burada
Sizin reklam burada