Ukrayna sərhədində humanitar yardım karvanı hədəfə alınıb - Ölənlər var

Ukrayna sərhədində humanitar yardım karvanı hədəfə alınıb - Ölənlər var
12:20

Dağıstandan Ukrayna sərhəd bölgəsinə humanitar yardım aparan karvana dron hücumu edilib. Hücum nəticəsində üç nəfər həlak olub, yardım maşınları zərər görüb.

News365.az TASS-a istinadən xəbər verir ki, Dağıstandan Ukrayna sərhəd bölgəsinə yola düşən humanitar karvan dron hücumuna məruz qalıb.

Hadisə nəticəsində üç nəfər həyatını itirib. Onlar arasında Maqomednabi Hacıyev və “Özünümüdafiə” təşkilatının iki nümayəndəsi var.

Məlumata görə, karvan iki yük maşınından ibarət olub və onlardan biri yolda dayanmalı olduğundan bəzi insanlar xilas ola bilib. Hücum nəticəsində yardım daşınan maşınlar ciddi zərər görüb.

Faktla bağlı araşdırmalar davam edir, qurbanların ailələrinə başsağlığı verilib. Yerli və beynəlxalq qurumlar insidentlə bağlı vəziyyəti yaxından izləyir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada