"AZAL təyyarəsinin vurulması ilə bağlı istintaq üç istiqamətdə gedir” - Arzu Nağıyev

"AZAL təyyarəsinin vurulması ilə bağlı istintaq üç istiqamətdə gedir” - Arzu Nağıyev
14:40

AZAL-a məxsus təyyarənin Qazaxıstan yaxınlığında vurulması ilə bağlı istintaq hələ də davam edir. Hadisənin səbəbləri ilə bağlı bir neçə versiya araşdırılır, həlak olanların ailələrinə isə yardım və kompensasiya məsələləri təmin edilib.

News365.az-a danışan Milli Məclisin komitə sədri,  Arzu Nağıyev Azərbaycanın AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında vurulması hadisəsi ilə bağlı istintaq prosesini şərh edib.

Deputat bildirib ki, təyyarədə 65 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. O, əlavə edib ki, Azərbaycan vətəndaşlarının ailələrinə hərtərəfli yardım və kompensasiya məsələləri diqqətlə həyata keçirilib:

Bəzi KİV-lərdə Rusiya tərəfindən kompensasiya ödənildiyi iddia edilir, amma bu, yalnız sığorta məsələsidir. Dünya praktikasına görə, təyyarə qəzası zamanı sığorta kompensasiyası ödənilir”, – deputat qeyd edib.

Arzu Nağıyev istintaqın üç əsas istiqamətdə aparıldığını vurğulayıb:

  1. Təyyarənin texniki nasazlığı və pilotun idarəetmə səhvi

  2. Xarici müdaxilə, yəni təyyarənin raketlə vurulması

  3. Digər mümkün versiyalar

Deputat əlavə edib ki, Rusiya KİV-lərində yayılan iddialar — guya təyyarənin “kavyor” əməliyyatı zamanı vurulması və Ukrayna dronlarının iştirakı — əsas faktlarla uyğun gəlmir. O, bu versiyaların məqsədinin sonradan Ukrayna dronlarının vurması ehtimalını gündəmə gətirmək olduğunu bildirib.

Nağıyev həmçinin qeyd edib ki, istintaqda Rusiya, Qazaxıstan və Azərbaycan nümayəndələri iştirak edir və hər üç dövlət bu prosesdə ciddi maraqlıdır. Azərbaycan isə vətəndaşlarının hüquqlarının qorunmasını ən yüksək səviyyədə təmin edib.


Sizin reklam burada
Sizin reklam burada