“Aktau qəzalarının səbəbləri araşdırılır, hüquqi proseslər davam edir”
Bunu politoloq Fuad Heydərov News365.az-a deyib.

Heydərov bildirib ki, qəzaların səbəbləri ilə bağlı müxtəlif araşdırmalar aparılır və bu proseslər nəticəsində məsul şəxslərin hüquqi cəzalanması təmin olunacaq. Onun sözlərinə görə, bu hadisələr yalnız texniki problemlərlə bağlı deyil, eyni zamanda hüquqi və siyasi faktorlar da prosesi təsir edir.
Politoloq əlavə edib:
“İstintaq orqanları araşdırmalarını davam etdirir. Azərbaycan dövləti isə bu məsələlərin tam şəffaf və ədalətli şəkildə həll olunmasına çalışır. Əslində, bölgədəki təhlükəsizlik və hüquq pozuntuları ilə bağlı faktlar diqqətlə izlənilir və hüquqi proseslərin nəticəsi nə olarsa, ona uyğun addımlar atılacaq.”
Qeyd edək ki, AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində baş verən qəzada ciddi zərər görmüş və hadisə beynəlxalq diqqət çəkmişdi.