“Artıq eyni pəhrizlər işləmir” – Azərbaycanda individual qidalanma proqramları populyarlaşır

“Artıq eyni pəhrizlər işləmir” – Azərbaycanda individual qidalanma proqramları populyarlaşır
11:57

Azərbaycanda sağlam həyat tərzinə maraq artdıqca, klassik pəhrizlərdən fərqli yanaşmalar daha çox diqqət çəkməyə başlayır. Yeni nəsil wellness və individual qidalanma proqramları isə artıq çəki problemlərinə standart siyahılarla deyil, bədənin analizinə uyğun həll təqdim edir.

Wellness mütəxəssisi  Aytac Mirzəzadə bildirir ki, bu yanaşma hamıya eyni qida cədvəli verən pəhriz modellərindən tam fərqlənir. Çünki proqram ilk olaraq wellness analizi ilə başlayır. Bu analiz vasitəsilə insanın:

  • ümumi bədən çəkisi,

  • metabolizmanın işləmə sürəti,

  • yağ faizi,

  • dərialtı və daxili yağlanma,

  • su balansı,

  • həmçinin orqanizmin digər vacib parametrləri

dəqiq şəkildə öyrənilir. ✅

Əldə olunan nəticələrə əsasən, hər bir şəxs üçün individual qida proqramı hazırlanır. Məqsəd yalnız çəki itirmək deyil, eyni zamanda:

  • orqanizmi balanslamaq,

  • maddələr mübadiləsini düzgün tənzimləmək,

  • və nəticəyə sağlam yolla nail olmaqdır.

Proqramlar müxtəlif ehtiyaclara uyğun qurulur. Belə ki, bəzi insanlar arıqlaya bilmir, bəziləri isə kökələ bilmir və ya daim enerji çatışmazlığı yaşayır. Yeni qidalanma sistemləri isə bu problemlərə görə xüsusi tənzimlənir.

Mütəxəssis vurğulayır:

Biz insanı zorla pəhrizə salmırıq. Əsas məqsəd bədəni anlamaq və ona uyğun düzgün qidalanma sistemini qurmaqdır. Biz sadəcə vəd vermirik – nəticə göstəririk. Çünki sistemimiz ölçülə, izlənilə və fərdiləşdirilə bilir.”

Bu tip proqramlar Sağlam arıqlatmawellness balansı üzərində qurulduğu üçün, artıq Azərbaycan istifadəçiləri arasında sürətlə populyarlaşır və pəhriz anlayışına yeni baxış formalaşdırır.


News365.az


Sizin reklam burada
Sizin reklam burada