Hollandiyalılar Avropanı silahlandırmaq istəmirlər

Hollandiyalılar Avropanı silahlandırmaq istəmirlər
15:05

Hollandiya parlamentində əksəriyyət krallığın Avropa Komissiyasının (AK) Avropanı yenidən silahlandırmaq təşəbbüsündə iştirakının əleyhinə səs verib. Bu barədə “Volkskrant” qəzeti yazıb.


“Niderland Nümayəndələr Palatası (parlamentin aşağı palatası - red.) kiçik fərqlə (71 səs əleyhinə 73 səs lehinə) Hollandiyanın Avropanın yenidən silahlanmasına dair Avropa planında iştirakına qarşı çıxıb”, - nəşr yazıb.


Qəzetin yazdığına görə, hakim koalisiyadakı dörd partiyadan üçü - Azadlıq Partiyası (PVV), Fermerlər və Vətəndaşlar Hərəkatı (BBB) ​​və Yeni Sosial Müqavilə (NSC) Avropanın yenidən silahlandırmaq planını arzuolunmaz sayır.

Beləliklə, nəşr qeyd edib ki, səsvermənin nəticələri Hollandiyanın baş naziri Dik Şofu çətin vəziyyətə salıb. Çünki o, bu planı həyata keçirməyə razılaşıb.

Martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqını 800 milyard avro məbləğində yenidən silahlandırmaq planını təklif edib. AK həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına dair 150 milyard avro kredit cəlb etmək niyyətindədir.

Tural


Sizin reklam burada
Sizin reklam burada