" SSRİ-nin bərpası ilə bağlı iddialar reallıqdan uzaqdır".
Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, SSRİ-nin bərpası ilə bağlı səsləndirilən fikirlər yalnız xam xəyallardır və bu iddiaların heç bir reallıq əsası yoxdur. Onun sözlərinə görə, bu cür arzular əvvəl də olub, bu gün də səsləndirilir, lakin formalaşmaqda olan yeni dünya nizamı və geosiyasi reallıqlar fonunda belə bir prosesin baş tutması mümkün deyil.
“SSRİ artıq tarixə qovuşub. O dövrdə Azərbaycan da daxil olmaqla bir sıra respublikalarda keçirilmiş referendumlardan sonra ittifaq qanuni şəkildə dağıldı. Hər bir ölkə öz müstəqilliyini elan etdi və bu, beynəlxalq hüquqla tanındı,” – deyə Kərimli vurğulayıb.
Politoloq qeyd edib ki, Rusiyanın bu istiqamətdə müəyyən həvəsi olsa da, dəyişən beynəlxalq reallıqlar belə bir iddianı tamamilə puç edir: “Bu gün geosiyasi mühitdə yeni qüvvələr formalaşır, dövlətlər müstəqil siyasət yürüdür. Bu baxımdan SSRİ-nin bərpası ilə bağlı hər hansı təşəbbüs qeyri-mümkündür