Uşaq bağçasının problemi nəzarətə götürüldü

Uşaq bağçasının problemi nəzarətə götürüldü
17:00

25 nömrəli körpələr evi-uşaq bağçasının pəncərələri ilə bağlı məsələ Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ)  tərəfindən nəzarətə götürülüb. 

Bu barədə News365.az-a BŞTİ-dən məlumat verilib.  Bildirilib ki, 25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb:

  "Uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib. Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək". 

Qeyd edək ki, bir müddət əvvəl Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti ilə bağlı görüntülər televiziya tərəfindən işıqlandırılıb. 

Belə ki, bağçanın sanitar qovşağından axan çirkab suları sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada