Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi vəfat edib.
News365.az xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında ölüb.