"Ermənistan sülhdən danışsa da, təxribatlarını davam etdirir".
Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi sülh istədiyini bəyan etsə də, bu açıqlamalarla ərazidəki praktiki fəaliyyət arasında uyğunsuzluq müşahidə olunur. Onun sözlərinə görə, son günlər Ermənistan Silahlı Qüvvələrinin sərhəd bölgələrində səngərlər qazması və möhkəmləndirmə işləri aparması təmas xəttində gərginliyin artmasına səbəb olub.
“Ermənistanın son davranışları göstərir ki, onlar bir tərəfdən sülh çağırışları edir, digər tərəfdən isə cəbhəyanı zonalara müxtəlif növ sursatlar daşıyır, yeni silahlı qrupları bölgəyə yerləşdirir. Bu, ciddi təhlükə siqnalıdır və regionda vəziyyətin daha da gərginləşməsinə yol aça bilər,” – deyə politoloq vurğulayıb.
Bayramov əlavə edib ki, bu ziddiyyətli addımlar beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır və Ermənistanın real niyyətlərini üzə çıxarır.