Bu ölkənin gələcəyi AB-dədir - Kallas

Bu ölkənin gələcəyi AB-dədir - Kallas
19:15

Avropa Birliyi (AB) üzvlük yolunda Şimali Makedoniyanın yanındadır. Şimali Makedoniyanın gələcəyi AB-dədir.


News365.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Skopyedə Şimali Makedoniyanın Baş naziri Kristian Miskoski ilə görüşdə deyib.


O qeyd edib ki, Qərbi Balkan regionu ölkələrinin AB-yə inteqrasiyası bütün bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yoldur.


Qeyd edək ki, AB-nin genişlənmə planında Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Serbiya və Albaniyanın birliyə üzvlüyü nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada