"Putin və Lavrov terrorçu kimi təqdim edildi" – Telman Qasımov

"Putin və Lavrov terrorçu kimi təqdim edildi" – Telman Qasımov
15:45

 “Putin və Lavrovu ‘terrorçu’ adlandıran plakatlara yumşaq münasibət göstərildi”

Hərbi-siyasi ekspert Telman Qasımov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçirilən etiraz aksiyalarında əsas diqqəti plakatlar cəlb edib. Plakatlarda Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər Naziri Sergey Lavrov “terrorçu” kimi təqdim olunub.

Onun sözlərinə görə, bu cür sərt ifadələrə baxmayaraq, aksiyalara qarşı ciddi müdaxilə edilməyib və bu, “dünyaya demokratiya görüntüsü vermək” cəhdi kimi qiymətləndirilə bilər:

“Oradakı etirazçılar siyasi çəkisi zəif qüvvələr idi, lakin etiraz aksiyalarında xüsusilə Lavrov və Putinə qarşı olan şüarlar və plakatlar diqqət çəkirdi. Onlara qarşı xüsusi tədbir görülmədi, sadəcə keçid istiqamətləri dəyişdirildi.”

Ekspert əlavə edib ki, erməni jurnalistlərin Lavrova ünvanladığı suallar da maraqlı olub:

“Erməni jurnalistlər 44 günlük müharibə ilə bağlı Lavrovu ittiham etdilər, Rusiyanın Ermənistana verdiyi silahların Azərbaycan tərəfindən istifadə olunması nəticəsində erməni əsgərlərin həlak olduğunu vurğuladılar.”

Qasımovun sözlərinə görə, Lavrov buna cavab olaraq Ermənistanla əməkdaşlığın yeni formatda davam etdiriləcəyini bəyan edib. Bu isə ekspertə görə, Moskva-Yerevan münasibətlərində yeni mərhələnin başlanmasından xəbər verir.


Sizin reklam burada
Sizin reklam burada