Rusiya təkliflərini Kiyevə təqdim edəcək - Kosaçev

Rusiya təkliflərini Kiyevə təqdim edəcək - Kosaçev
18:15

Rusiya Ukrayna ilə münaqişənin həlli üzrə memorandum çərçivəsində hazırladığı təklifləri yaxın günlərdə Kiyevə təqdim etməyə hazırlaşır.


News365.az xəbər verir ki, bu barədə Rusiya Federal Şurasının vitse-prezidenti Konstantin Kosaçev "Zvezda" telekanalına verdiyi açıqlamada bildirib.


“Bu memorandum üzərində iş, birincisi, artıq yekun mərhələdədir. İkincisi, məndə olan məlumata görə, yaxın günlərdə Rusiyanın hazırladığı təkliflər qarşı tərəfə təqdim olunacaq. Hazırkı mərhələdə təkliflərin ictimaiyyətə açıqlanacağı gözlənilmir. Bu, çox mürəkkəb və bir çox aspektlərdə həssas danışıqlar prosesidir”, - o deyib.



Sizin reklam burada
Sizin reklam burada