2030-cu
ilə qədər dünyada hazırda mövcud olan iş yerlərinin təxminən 8%-i, yəni 92
milyon peşə tamamilə yox olacaq.
Bu
proqnoz Ümumdünya İqtisadi Forumunun 2025-ci il üzrə "Gələcəyin peşələri"
hesabatında yer alıb.
Ümumdünya
İqtisadi Forumu, LinkedIn və London Bankçılıq və Texnologiya İnstitutunun məlumatlarına
əsasən 2030-cu ilə qədər yox ola biləcək 20 peşə belədir:
1.
Poçt işləri
2. Bank kassiri
3. Operator
4. Kassir
5. Katib
6. Çapçı
7. Mühasib
8. Anbardar
9. Bələdçi
10. Satıcı
11. Qrafik dizayner
12. Sığorta tənzimləyicisi
13. Hüquqşünas köməkçisi
14. Hüquq katibi
15. Telemarketoloq
16. İT texniki dəstəkçisi
17. Konveyer operatoru
18. Avadanlıq operatoru
19. Anbar toplayıcısı
20. Turizm agenti
Gələcək
üçün özümüzü necə sığortalamaq olar?
1.
Tələbat olan bacarıqlara yiyələnin
Ümumdünya
İqtisadi Forumu və Coursera kimi platformaların hesabatlarını izləyərək, əmək
bazarında hansı bacarıqların tələb olunduğunu müəyyənləşdir. 2025-ci il üçün
yüksək artım göstəricisinə malik sahələrə süni intellekt üzrə biliklər, data
analizi, istifadəçi təcrübəsi, rəqəmsal marketinq və tənqidi düşüncə daxildir.
2.
Bacarıqlarınızı önə çıxarın
Əgər
vəzifəniz sıradan çıxmaq üzrədirsə, bu zaman nəticəyönümlü bacarıqlar, rəqəmsal
idarəetmə, əməkdaşlıq və proses optimallaşdırması kimi ümumi dəyərləri ön plana
çıxarın.
3.
Seçimlərinizi artırın
Tək
bir işə bağlı olmaq risklidir. Alternativ gəlir mənbələri yarat: frilans xidmətlər,
passiv gəlir axınları, ailəvi bizneslər və ya əlavə layihələr. Bu, istənilən
iqtisadi və texnoloji dəyişiklik zamanı sənə dayanıqlılıq qazandıracaq.
Mövzu
ilə bağlı News365.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya
Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov
deyir ki,Ümumdünya İqtisadi Forumunun “Gələcəyin Peşələri” hesabatına görə,
yaxın 5 il ərzində texnologiyanın, xüsusilə süni intellekt və
avtomatlaşdırmanın sürətli inkişafı nəticəsində bəzi peşələrə tələbat azalacaq:
“Bu
dəyişiklik əsasən təkrarlanan, standart və manual əməliyyatları yerinə yetirən
sahələrə təsir edəcək. Məlumatların daxil edilməsi üzrə mütəxəssislər,
kargüzarlar, mühasibat köməkçiləri və call center operatorları kimi rollar
avtomatlaşdırma ilə əvəzlənməkdədir.
Lakin
bu tendensiya təkcə peşələrin sıradan çıxması ilə nəticələnmir, eyni zamanda
yeni peşələrin yaranmasını da təşviq edir. Süni intellekt etikası üzrə mütəxəssislər,
data analitikləri, AI məhsul menecerləri, kibertəhlükəsizlik üzrə peşəkarlar və
rəqəmsal öyrənmə mütəxəssisləri kimi yeni rollara ehtiyac artmaqdadır. Bu da o
deməkdir ki, əmək bazarında dəyişən tələblərə uyğunlaşmaq və yeni bacarıqlar əldə
etmək zəruridir.
Yekun
olaraq, texnologiyanın transformasiya etdiyi əmək bazarında əsas meyil dəyişkənlik
və çeviklikdir. Gələcəyin iş dünyasında uğur qazanmaq üçün fərdlər və təşkilatlar
rəqəmsal bacarıqlarını gücləndirməli, öyrənməyə açıq olmalı və innovativ trendlərə
uyğunlaşmalıdırlar. Bu dəyişikliklər risklərlə yanaşı, böyük imkanlar da təqdim
edir”.
News365.az