Kiyev kombinə şəkildə raket hücumuna məruz qalıb - VİDEO

Kiyev kombinə şəkildə raket hücumuna məruz qalıb - VİDEO
12:47

Ötən gecə Rusiya hərbçiləri Kiyevə güclü kombinə olunmuş zərbələr endiriblər. Bu barədə “Voenkorı Ruskoy Vesnı” Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Kiyevdə dəmir yolu infrastrukturu zədələnib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Malışev Nəqliyyat Mühəndisliyi Zavoduna və Xarkovdakı hava limanına hücum edib. Zərbələr həmçinin Kiyev, Jitomir, Dnepropetrovsk, Xarkov, Poltava, Xmelnitski, Sumi və Zaporojya vilayətlərində həyata keçirilib.

"Bu, 2025-ci ildə düşmən hədəflərinə edilən ən intensiv hücumlardan biri idi", - deyə paylaşımda yazılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada