Pezeşkianı Azərbaycanın dostu kimi qiymətləndirməyə tələsməməliyik

Pezeşkianı Azərbaycanın dostu kimi qiymətləndirməyə tələsməməliyik
11:54

"İran prezidentinin Azərbaycanla İranı bir bədənin hissəsi kimi adlandırması, məncə, iki başlı bir açıqlamadır."

Politoloq Taleh Əliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 


"Bu, həm İranın Şovinist Fars dairələrinə verilmiş bir mesaj kimi də başa düşülə bilər ki, guya mən Azərbaycanı da vahid İranın bir hissəsi kimi qəbul edirəm və bu fikri Azərbaycana səfərim öncəsi ifadə etmişəm. O cümlədən, həm Cənubi Azərbaycanda yaşayan, həm də Azərbaycanın rəsmi və dünyada yaşayan azərbaycanlılarına verilmiş bir mesaj ola bilər ki, biz Azərbaycan türklərinin hər iki ölkədə yaşadığını anlayırıq.

Son günlər bəzi xəbərdarlıqların olmasına baxmayaraq, İran prezidenti Azərbaycan türkləri qarşısında, ustad Şəhriyarın şeirlərindən səsləndirməsi ilə həm də Cənubda yaşayan soydaşlarımızın rəğbətini qazanmağa çalışdığı görünür. Yəni bu mesajın özünü birtərəfli və yalnız dostluğa yönəlmiş bir mesaj kimi qiymətləndirmək məncə tələsik qərar olardı.

Biz İran dövlətinin prezidentinə, yəni başçısına “dövlət başçısı” deyə bilmərik. Çünki dövlətin başçısı ali dini liderdir."


Sizin reklam burada
Sizin reklam burada