Yumurta oğurladığı üçün 7 il həbsdə yatacaq

Yumurta oğurladığı üçün 7 il həbsdə yatacaq
13:14

Rusiyada tragikomik ccinayət hadisəsi baş verib. Sankt-Peterburqda məhkəmə 14 bağlama toyuq yumurtası oğurlayan 34 yaşlı kişiyə ağır hökm oxuyub. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.


Hadisə Marşal Tuxaçevski küçəsində yerləşən mağazada baş verib. İstintaqın məlumatına görə, şübhəli şəxs mağazadan 1700 rubl dəyərində yumurta oğurlayıb.


“İlkin istintaq zamanı təqsirləndirilən şəxs oğurladığı malları evə gətirdiyini, toyuq yumurtalarının bir hissəsini özü yediyini, bir qismini isə dostlarına verdiyini izah edib”, - məlumatda qeyd edilib.


Həmin şəxsə qarşı quldurluq maddəsi ilə cinayət işi açılıb. O da məlum olub ki, müttəhim əvvəllər bir neçə dəfə məsuliyyətə cəlb edilib, lakin onun hansı maddələrlə mühakimə olunduğu göstərilmir.

Cinayətə görə həmin şəxs 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilib və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada