Həkimlər bağırsaqları sinəsində olan körpəni xilas ediblər - FOTO

Həkimlər bağırsaqları sinəsində olan körpəni xilas ediblər - FOTO
13:26

Rusiyada maraqlı hadisə baş verib. Moskvada həkimlər anomaliya ilə doğulmuş körpənin həyatını xilas ediblər. Uşağın bütün bağırsaq sistemi döş qəfəsində yerləşib və o, sol diafraqma yırtığı ilə doğulub. O bir neçə ay belə yaşayıb. Bu barədə paytaxtın Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.


Qeyd edilib ki, uşaq sol tərəfli pnevmoniya şübhəsi ilə tənəffüs çatışmazlığı ilə Speranski xəstəxanasına gətirilib. Ancaq müayinə diaqnozu təsdiqləməyib və anadangəlmə patologiyanın olduğunu göstərib. Buna görə uşaq hər zaman bir ağciyəri ilə nəfəs alırmış.


"Bu patologiya adətən skrininq zamanı aşkarlanır, lakin həmin mərhələdə qüsur çox kiçik ola bilərdi. Körpə bir az böyüyəndə isə anomaliya özünü büruzə verir", - qurumun məlumatında qeyd edilib.

 

Xəstəyə kömək etmək üçün həkimlər bir əməliyyat keçiriblər. Onlar körpənin döş qəfəsindən daxil olaraq bağırsaqları qarın boşluğuna yerləşdiriblər və diafraqma qüsurunu tikiblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada