Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratkliflə mümkün görüşü istisna etməyib. Bu barədə o, TASS-a məlumat verib.
"Biz Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olan həmkarımızla telefon danışığı apardıq. Olduqca konstruktiv söhbət alındı. Ona görə də bir müddət sonra görüşün baş tutacağını istisna etmirəm", - Narışkin qeyd edib.
Narışkinin Retklifflə telefon danışığı martın 11-də baş tutub. Söhbət zamanı tərəflər Rusiya və ABŞ arasında qarşıdurmanı azaltmaq, beynəlxalq sabitlik və təhlükəsizliyi təmin etmək məqsədilə SVR və MKİ arasında müntəzəm təmaslar barədə razılığa gəliblər.
Tural