"Rusiya-Ukrayna müharibəsi Koreya modeli istiqamətində inkişaf edir"- Politoloqdan şərh

"Rusiya-Ukrayna müharibəsi Koreya modeli istiqamətində inkişaf edir"- Politoloqdan şərh
12:01

"Amerika Birləşmiş Ştatları səkkiz maddədən ibarət öz təklif variantını təqdim edib və şənbə günü Londonda bu məsələnin müzakirəyə çıxarılması əvvəlcədən planlaşdırılmışdı. Lakin bu gün məlum olur ki, Robio Londona getməkdən imtina edəcək. Çünki artıq bir sıra məsələlərlə bağlı o, qırmızı cizgini vurğulayıb."

Politoloq Sabir Məmmədli bu sözləri News365.az-a açıqlamasında deyib.

Bu maddələrlə bağlı bəzi məqamları qeyd etmək lazımdır. Rusiyanın nümayəndəsi bu məsələlərə dair daha yumşaq görünən addımlar atmağa maraq göstərsə də, bütövlükdə bunlar Rusiyanın maraqlarına nə dərəcədə uyğundur? Rusiya bütün şərtləri özü müəyyən edir və əgər xatırlasaq, bir müddət əvvəl səsləndirilən fikirlərdən belə anlaşılırdı ki, Rusiya-Ukrayna müharibəsi Koreya modeli istiqamətində inkişaf edir. Hazırda da bu proses həmin istiqamətdə davam edir.

Bu mənada, məsələn, hazırkı təmas xəttində yaranmış vəziyyətlə barışmaq məsələsi Ukrayna üçün tamamilə qəbuledilməzdir. Avropa İttifaqı üzvləri və Avropa ölkələri də bu mövzuda Ukraynanı dəstəkləyirlər və hesab edirlər ki, bu təmas xətti ilə razılaşmaq mümkün deyil. Zelenski də bununla bağlı dünən bir daha bəyan edib ki, Krım məsələsi qətiyyən Rusiyaya təhvil verilə bilməz və bu mövzu ümumiyyətlə Ukrayna tərəfindən müzakirə edilmir.

Eyni zamanda, orada bir sıra əlavə məsələlər də var. Məsələn, xarici ölkələrin hərbi kontingentlərinin neytral zonada yerləşdirilməsi ideyası gündəmə gətirilib ki, bu da vaxtilə Koreya ilə bağlı müzakirələrdə ortaya çıxmışdı.


Sizin reklam burada
Sizin reklam burada