“İnsanlıq
üçün ana və vətən nə qədər önəmlidirsə, iqtisadiyyat üçün rəqabət o qədər önəmlidir.
İkinci olmayan yerdə birinci məhv olur”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, hələ bir müddət əvvəl qeyd etmişdik ki, rəqabət mühitinin
qorunması və inkişafı dövlətin əsas vəzifələrindən biridir:
“Zərurət
yarandıqda, inhisarçı strukturların parçalanması belə rəqabətin təmin olunması
baxımından legitim və vacib addım hesab edilməlidir. Bu yanaşma artıq dünyada
praktiki təcrübə kimi tətbiq olunur.
Son
nümunə hazırda ABŞ-da yenidən müşahidə olunmaqdadır. ABŞ-ın Virciniya ştatının
Şərq Bölgəsi üzrə Dairə Məhkəməsi “Google”un onlayn reklam serveri bazarında qəsdən
inhisar gücü əldə etdiyi və bu gücü saxladığı qənaətinə gəlib. Hakim Leoni
Brinkema 115 səhifəlik qərarında şirkətin rəqabətə qarşı addıımlar atdığını və
arzu olunan məhsul xüsusiyyətlərini bazardan çıxararaq üsttün mövqeyini daha da
gücləndirdiyini qeyd edir.
Görünən
odur ki, yaxın vaxtlarda bu istiqamətdə daha ciddi hüquqi proseslər başlayacaq.
Gələn həftə Vaşinqtonda keçiriləcək məhkəmədə “Google”un “Chrome” brauzeri və
axtarış bazarındakı dominansı ilə bağlı yeni iddialar müzakirə olunacaq.
Bu
hadisə bir daha göstərir ki, rəqabətin təmin olunması üçün dövlətlər güclü
hüquqi və institusional addımlar atmalıdır. Bu, yeni subyektlərin yaranması,
innovasiyanın təşviqi və istehlakçının mənafeyinin qorunması baxımından əvəzsizdir.
Həm
də bu hadisə "ABŞ niyə güclüdür?" sualının ən sadə cavabıdır”.
News365.az