Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu
12:29

Aprelin 23-də Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. Məlumata görə, qəbiristanlıqdakı məzarlardan birinin ətrafına çəkilmiş 400 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.

    Əməli törədən şəxsi polis artıq saxlayıb.

    Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.


    Sizin reklam burada
    Sizin reklam burada