Sumqayıtda yük maşını piyadanı vurub

Sumqayıtda yük maşını piyadanı vurub
17 Apr 2026 22:20

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

News365.az xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada