Sumqayıta avtobusla gedənlərə XOŞ XƏBƏR!

Sumqayıta avtobusla gedənlərə XOŞ XƏBƏR!
14:25

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib.

Bu barədə News365.az-a AYNA-dan məlumat verilib.

Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.

"Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq.  

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır", - AYNA-dan bildirilib.


Sizin reklam burada
Sizin reklam burada