Arda Turan Ukrayna klubunun baş məşqçisi olacaq?

Arda Turan Ukrayna klubunun baş məşqçisi olacaq?
04 May 2025 14:05

"Eyüpspor"un baş məşqçisi Arda Turan Ukraynada çalışa bilər.

"Şaxtyor" türk mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Arda Londonda Donetsk təmsilçisinin rəhbərliyi ilə görüşüb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprel ayında "Eyüpspor"un baş məşqçisi təyin olunub. 38 yaşlı mütəxəssisin rəhbərlik etdiyi İstanbul klubu Super Liqada 34 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Sizin reklam burada
Sizin reklam burada