"Biz tərəf yox, ədalət tərəfdarıyıq"- Aytən Qurbanova

"Biz tərəf yox, ədalət tərəfdarıyıq"- Aytən Qurbanova
10:45

"Pakistan ilə Azərbaycanı sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir"

Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Düşünürəm ki, Pakistan-Hindistan münaqişəsində, ümumiyyətlə istənilən münaqişədə Azərbaycan hər zaman tərəf olmamaqla yanaşı ədalətin və beynəlxalq hüququn ümumi prinsiplərinin tətbiq edilməsini dəstəkləyib.

Belə ki, Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biri kimi neytrallıq və münaqişələrin diplomatik yollarla həllinə üstünlük verən Azərbaycan üçün bu yanaşma xarici siyasət konsepsiyasında  prioritet istiqamət olaraq qəbul edilir.

Baxmayaraq ki, Pakistan ilə Azərbaycanı sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir və Pakistan Azərbaycanın haqq mübarizəsində birmənalı mövqe nümayiş etdirərək Ermənistanı rəsmi olaraq tanımayan azsaylı ölkələrdən biridir, amma bu məsələdə Azərbaycan daima neytral mövqedən çıxış edərək regional təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları dəstəkləyib."


Sizin reklam burada
Sizin reklam burada