Türkiyədə toyuq ətindən kütləvi zəhərlənmə oldu

Türkiyədə toyuq ətindən kütləvi zəhərlənmə oldu
08 May 2025 23:00

Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib.


News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.


Məlumata görə, yeddi fabrikdə işçilər toyuq ətindən zəhərləniblər. Onlarda ürəkbulanma, qusma, qızdırma, başgicəllənmə halları müşahidə olunub.


Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların durumlarının yaxşı olduğu bildirilir.


Hadisə ilə bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada