NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Donald Trampı alyansın Vaşinqton üçün faydalı olduğuna inandıra bilər. TASS-ın yaydığı məlumata görə, bu barədə “Politico” qəzetində məqalə dərc edilib. Nəşr NATO-dakı yüksək rütbəli mənbəyə istinad edib.
Qeyd edilib ki, hazırda hərbi blokda ABŞ-nin gələcək prezidentinin mümkün dağıdıcı hərəkətləri ilə bağlı narahatlıqlar elə də çox deyil.
Qəzet qeyd edib ki, Trampın birinci dövründə siyasətçi NATO müttəfiqlərini ABŞ-nin alyansdan mümkün çıxması və müttəfiqlərə hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutan 5-ci maddə üzrə öhdəlikləri yerinə yetirməkdən imtina etməsi ilə qorxudub.
İndi siyasətçi dövlət katibi vəzifəsinə senator Mark Rubionun namizədliyini irəli sürüb. O isə prezidentin Senatın təsdiqi olmadan NATO-dan çıxmasını qadağan edən qanun layihəsinin təşəbbüskarı olub.
Tural