"Statistika yoxdur, amma belə xəstələrimiz var" - Sosial xidmətlər TƏKLİFİ

"Statistika yoxdur, amma belə xəstələrimiz var" - Sosial xidmətlər TƏKLİFİ
14:25

"ÜST-ün məlumatına görə, hər il təxminən 10 milyon insan alzheimer xəstəliyindən əziyyət çəkir. Xəstələrin sayının 2050-ci ildə 139 milyona çatacağı göstərilir".

 News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial xidmət haqqında” qanunda dəyişiklərin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.

"Azərbaycanda belə diaqnozlu xəstələrin rəsmi statistikası olmasa da, bu qəbildən olan xəstələr vardır. Onlara sosial xidmətlərin göstərilməsi mühüm məsələdir. İnanıram ki, gələcəkdə bununla bağlı sosial proqramlar nəzərdə tutulacaq", - komitə sədri bildirib.



Sizin reklam burada
Sizin reklam burada