Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?
13:20

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı yeni mərhələ müəyyənləşdirilib.

Sözügedən xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsi planlaşdırılır.

Belə ki, Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə iyunun 1-dək xidmətlərin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməli, bu istiqamətdə konseptual sənəd hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.

Həmçinin, iyulun 1-dək qeyd olunan xidmətlərin konseptual sənədə uyğun şəkildə rəqəmsallaşdırılması təmin olunacaq.

Bundan əlavə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə sentyabrın 15-dək xidmətlərin "mygov" platforması üzərindən istifadəyə verilməsini təmin etməlidir. 


Sizin reklam burada
Sizin reklam burada