Ukrayna diplomatik həll yoluna keçmək üçün hazırkı təmas xətti boyunca atəşkəs elan etmək kompromisinə getməyə hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera" telekanalına müsahibəsində deyib.
Dövlət başçısı belə bir addımın "çox böyük kompromis" olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin qoşunlarını Ukrayna ərazisindən çıxarmaq istəmir, buna görə də Kiyev döyüş əməliyyatlarını hazırkı mövqelərdə dayandırmağı və diplomatiyaya keçməyi təklif edir:
"Biz belə addımlara — olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Söhbət təmas xəttində atəşkəsdən gedir. Bu kompromisdirmi? Əlbəttə, çox böyük kompromisdir. Biz başa düşürük ki, o (Putin), torpağımızdan getmək istəmir. Məhz buna görə deyirik: yaxşı, burada dayanaq və diplomatiyaya keçək".
"Prezident Tramp əvvəlki kimi prezident olaraq qalır. Onun hələ də kifayət qədər səlahiyyəti və ABŞ Konstitusiyası var. Ona görə də ümid edirəm ki, o, bu müharibəni bitirməyin yolunu axtaracaq".