Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxt bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum edildiyini açıqlayıb. S.Sobyaninin "Telegram" kanalında yaydığı məlumata görə, noyabrın 28-i saat 17:00-dan noyabrın 29-u saat 07:00-dək Moskva vilayəti istiqamətində 542 dron uçub.
Qeyd edək ki, hücumla əlaqədar Moskva regionundakı hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib və uçuşlar yalnız səhər saatlarında bərpa olunub.