SON DƏQİQƏ: İsrail İranı vurdu - İsfahan hava limanında PARTLAYIŞ

SON DƏQİQƏ: İsrail İranı vurdu -  İsfahan hava limanında PARTLAYIŞ
19 Apr 2024 08:13

“İsrail İranı vurur”.

Bu barədə ABC telekanalı məlumat yaydı. Məlumata görə, İsrail İran ərazisinə raket zərbəsi endirib.

Qeyd edək ki, ABC agentliyi belə bir xəbəri ABŞ-dakı mənbəyə istinadən yaydığını açıqlayıb.

İsfahan şəhərində (İran) İsrailin İran ərazisinə zərbə endirməsi xəbəri yayıldıqdan sonra hava limanında partlayışlar baş verib. Bu barədə isə “Əl-Cəzirə” telekanalı xəbər tirajlayıb.

“İsfahan hava limanı yaxınlığında partlayışlar baş verib. Həm də İran ordusunun Haştam Şəkəri hava bazası dağıdılıb”, – Əl-Cəzirə telekanalının rəsmi teleqram kanalı xəbər verir.


Youtube kanalımız

Oxşar xəbərlər