İki uşağı it, qonşusunu isə qadın dişlədi - QƏRİBƏ OLAY

İki uşağı it, qonşusunu isə qadın dişlədi -  QƏRİBƏ OLAY
02 May 2024 08:56

Sankt-Peterburqda və Leninqrad vilayətində heyvanlarla sıx təmasdan sonra iki uşaq xəstəxanaya yerləşdirilib və şəhərin Kirovski rayonunun sakini əmin olub ki, təkcə itlər dişləmir.

 Rusiya KİV-nə istimadən bildirir ki, Leninqrad vilayətinin sakini ayağının altında açıq yarası olan 6 yaşlı oğlunu həkimlərə gətirib. Anasının sözlərinə görə, Maloye Karlino kəndində sahibini ailənin tanımadığı it onu ayağından tutub.

Bir gün əvvəl şəhərin Vıborq rayonunda daha bir oğlan it dişlərindən əziyyət çəkib. Xəstəxanada ona ayağında dişləmə yarası, həmçinin ayağının aşağı hissəsində, kürəyində və boynunda çoxsaylı sıyrıqlar aşkar edilib. Uşağın vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

57 yaşlı Kirovski rayon sakini də dişləmə yarası ilə klinikaya gəlib. Qadın çərşənbə günü Oboronnaya küçəsində qonşusu tərəfindən hücuma məruz qaldığını deyib. İddialara görə, o, dava edib və dişləyib. Həkimlər diş izlərindən əlavə boyun və üz nahiyəsində sıyrıqlar, qolda hematoma da qeydə alıblar. Yardım göstərildikdən sonra peterburqlu qadın əlavə müalicə almaq və barışmaq üçün evə göndərilib.


Youtube kanalımız

Oxşar xəbərlər