SpaceX kosmosa turist uçuşları üçün rezervasiyalara başlayıb

SpaceX kosmosa turist uçuşları üçün rezervasiyalara başlayıb
02 May 2024 08:50

Amerikanın SpaceX şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb.

32gun.az bildirir ki, bu barədə məlumat  şirkətin saytında yer alıb .

Maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa...

“Dragon” və “Starship” raketlərində uçuşlar zamanı şirkət kosmik turistləri kosmik kostyum, sensor əlcəklər və 3D çaplı dəbilqə ilə təmin edəcək.

Artıq iki istiqamətdə gələcək uçuşların tarixləri məlumdur. Beləliklə, arzu edənlər 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə çıxa biləcəklər.

Bundan əvvəl SpaceX-in Avropanın Galileo peyki ilə birlikdə Falcon 9 daşıyıcı aparatını orbitə çıxardığı bildirilirdi .

Aprelin 17-də bildirilmişdi ki, SpaceX-in rəhbəri İlon Mask Roskosmos tərəfindən hazırlanan təkrar istifadə edilə bilən Amur-LNG daşıyıcı raketinin nümayişini gözlədiyini bildirib .


Youtube kanalımız

Oxşar xəbərlər