İrəvanda jurnalistlərə qarşı polis zorakılığı - VİDEO

İrəvanda jurnalistlərə qarşı polis zorakılığı  - VİDEO
01 May 2024 12:42

Ermənistanda vəziyyət gərgin olaraq qalır. News365.az xəbər verir ki, polis nəinki etiraz aksiyalarına qoşulanlara media nümayəndələrinə də güc tətbiq edir. Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın bununla bağlı sosial şəbəkələrdə  video yayaraq ölkədə demorkatik dəyərlərin ayaqlar altına atıldığını deyib. O qeyd edib ki, dünənə qədər hakim partiyanın deputatları müxalifət nümayəndəsinin jurnalistə qarşı zorakılığının yolverilməz olduğunu bəyan edirdilər. Reallıq isə budur ki, İrəvan küçələrində elə hakim qüvvələrin, orqanların göstərişi ilə polis medianın peşəkar fəaliyyətinə müdaxilə edir.  Polislər jurnalistləri təqib edir hətta onlara qarşı zorakılıq göstərdi. Söhbət özününkülərdən gedəndə, hakimiyyət onları dişləri ilə qoruyur. Əgər söhbət yadlardan başqa jurnalistlərdən getsə, onları itələmək, vurmaq və fəaliyytini məhdudlaşdırmaq olarmış”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Youtube kanalımız
İrəvanda jurnalistlərə qarşı polis zorakılığı  - VİDEO

Oxşar xəbərlər