Gürcüstanda etiraz aksiyalarında xəsarət alanların sayı açıqlandı

Gürcüstanda etiraz aksiyalarında xəsarət alanların sayı açıqlandı
02 May 2024 09:03

Mayın 1-də Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna qarşı keçirilən aksiya zamanı azı 8 nəfər ağır xəsarət alıb. Onların hamısı xəstəxanalara aparılıb. News365.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb. 

TASS-ın yaydığı məlumata görə isə artıq kütləvi etiraz aksiyaları demək olar ki, başa çatıb.

“Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı 8 mülki şəxs yaralanıb. Onlardan biri artıq xəstəxanadan evə buraxılıb”, - "Rustavi2" televiziyası nazirliyin bəyanatından sitat gətirib. Qeyd edilir ki, zərərçəkənlərin əksəriyyəti üz, baş və bədənin digər nahiyələrindən xəsarətlər alıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər