Gecə saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 164-cü km-də rayonun
Mirzəmətkəndindən keçən hissəsində betonqarışdıran maşın ciddi təhlükə yaradıb. Belə ki, həmin maşının hərəkəti zamanı yola tökülən sulu beton yolun üst qatını tam örtüb və yoldan keçən avtomaşınları təhlükəli risklə üzləşdirib.
Hadisə yerinə dərhal polis əməkdaşları çağrılıb.
İlkin araşdırma zamanı aydın olub ki, sürücü betonu körpünün üzərində yola töküb.
Hazırda Quba polis şöbəsinin əməkdaşları həmin avtomaşının sürücüsünün tapılması üçün axtarış tədbirlərinə başlayıb.
Kamera görüntülərindən sürücünün betonu yola qəsdən və ya ehtiyatsızlıqdan tökdüyü aydınlaşdırılır.
Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı yol istismar idarəsinin əməkdaşları beton tökülmüş yolun təmizlənməsi işlərinə başlayıb.
Araşdırmalar davam edir.
