Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
News365.az SOCAR-a istinadən xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
Məlumat üçün bildirək ki, o, uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Qeyd edək ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.