“Ölkənin siyasi nüfuzu regional və beynəlxalq siyasi dairələrdə
sürətlə artmaqda davanm edir. Bu, təbii olaraq çox sevindirici haldır və dövlətimizin
beynəlxalq mövqeyinin sürətlə möhkəmlənməsini göstərir. Lakin unutmaq olmaz ki,
siyasi uğurların davamlı və möhkəm olması üçün arxasında güclü iqtisadi baza
dayanmalıdır. İqtisadi sahədə əldə olunan nailiyyətlər siyasi uğurlarımızın təsir
gücünü artırır və ölkəmizin dayanıqlı inkişafını təmin edir”.
Bunu News365.az
-a açıqlamasında iqtisadçı ekspert Eldəniz
Əmirov deyib. O bildirib ki, Moodys beynəlxalq reytinq agentliyinin Azərbaycana
verdiyi reytinq artımı bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan Respublikasının suveren kredit
reytinqinin Ba1-dən Baa3 səviyyəsinə yüksəldilməsi ölkəımizin makroiqtisadi
sabitliyinin, maliyyə ehtiyatlarının və borc idarəçiliyinin effektiv olduğunu
bir daha təsdiqləyir. Baa3
reytinqi artıq "investisiya səviyyəsi" olaraq qəbul edilir ki, bu da
beynəlxalq investorlar üçün ölkəmizin risklərin aşağı olduğu, stabil iqtisadi
mühitə malik olduğunu göstərir.
Bu yüksəlişin
praktiki nəticələri böyükdür: dövlət və özəl sektor şirkətləri xarici
bazarlardan daha aşağı faizlə kredit cəlb edə biləcək, bu isə infrastruktur,
enerji və sənaye layihələrinin maliyyələşməsini asanlaşdıracaq. Moodys-in qərarında
neft-qaz gəlirlərinin düzgün idarə olunması, aşağı dövlət borcu, kifayət qədər
valyuta ehtiyatları və iqtisadi struktur islahatlarının rolu xüsusi qeyd
olunur. Son illərdəölkəmiz bu istiqamətlərdə əhəmiyyətli addımlar atıb və nəticəd
beynəlxalq səviyyədə etimad qazanıb. Bu, Azərbaycan üçün həm investorların
inamının artması, həm də iqtisadi inkişafın daha sürətlə davam etməsi üçün möhkəm
zəmin deməkdir”.
News365.az