Xəbər
verdiyimiz kimi yanvar 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə
seçkilər keçiriləcək. Təbii ki, istənilən seçki cəmiyyətdə ictimai fəallığı
artırır.
Elə isə
siyasi partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır?
Bu sual ilk
cavab verən REAL Partiyasının sədri Natiq Cəfərli oldu. News365.az-
a
açıqlamasında o bildirdi ki, bizim partiya bələdiyyə seçkilərinə qatılıb:
“Bakı,
Sumqayıt, Gəncə və digər mərkəzi şəhərlərlə yanaşı bir sıra rayonlarda da bələdiyyələrə
namizədlərimiz olacaq.Təbii ki, hədəfimiz irəli sürdüyümüz hər bir namizədin qələbəsinə
nail olmaqdır. Və qalib gələn üzvlərimiz vasitəsi ilə bələdiyyənin işində
REAL-ın aktiv fəaliyyətini təşkil etməkdir. Çünki, bizim partiya yarandığı gündən
yerli özünü idarəetmənin vacibliyini və onların səlahiyyətlərinin artırılmasını
dönə-dönə gündəmə gətirir. Seçkilərdən sonra partiyamızın növbəti niyyəti bələdiyyələrin
gücünü və səlahiyyətlərini artırmaq yönündə
fəaliyyətimizi genişləndirməkdir. Biz göstərməyə çalışacağıq ki, əslində
bələdiyyə necə olmalıdır...”
Azərbaycan
Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə News365.az-
a bunları
dedi:
“Parlament
seçkilərindən sonra partiyamızda bələdiyyə seçkilərinə hazırlıq başladı. Namizədlərimiz
müəyyənləşdirmək, onların anket məlumatlarını dəqiqləşdirmək prosesi artıq
yekunlaşmaqdadır. Artıq namizədlərimizi irəli sürmüşük. Bir partiya olaraq bələdiyyə
seçkilərində aktiv iştirak edəcəyik”.
Ağ
Partiyanın sədri Tural Abbaslı isə News365.az- a bildirdi ki,
ölkə üzrə 680 bələdiyyə var:
“Ona görə də
partiyanın strukturuna belə bir tapşırıq vermişik ki, kimin yaşadığı ərazidə bu
işə həvəsi varsa namizədliyini irəli sürsün. Ona görə də bələdiyyə seçkiləriylə
bağlı işlər mərkəzləşdirilmiş qaydada yox, rayon təşkilatları səviyyəsində
aparılır. Artıq çox sayda partiya üzvlərimiz yerlərdə öz namizədliklərini irəli
sürüb. Praktika göstərir ki, bələdiyyələrin
cəmiyyətdəki proseslərə elə bir ciddi təsiri yoxdur. Ona görə də bələdiyyə
seçkilərinə maraq azdır. Bununla belə bu seçkilər ona görə qatılırıq ki, həm
üzvlərimizin seçki vərdişləri formalaşsın, həm namizəd olub insanlarla işləsinlər,
həm də partiyanın məramını, məqsədini yerlərdə daha geniş şəkildə təbliğ eləsinlər.
Bir sözlə, üzvlərimizin seçki təcrübəsini artırmaq üçün bunu bir fürsət kimi dəyərləndiririk.
Yəni bu seçkidə xüsusi hədəfimiz yoxdur. Çünki, bələdiyyə üzvünün təsir
imkanları yox dərəcəsindədir. Bələdiyyə sədrinin yenə az-çox təsir imkanları
olur. Sədr olmaq üçünsə ilk növbədə bələdiyyə üzvü seçilməlisən”.
Böyük Azərbaycan
Partiyasının sədri Elşad Musayevsə bunları söylədi:
“Bələdiyyə
seçkilərində BAP da iştirak edir. Biz digər partiyalardan fərqli olaraq həm
Prezident, həm parlament seçkilərində iştirak eləmişik. Seçkilərin nəticəsinə
görə partiyamız parlamentdə təmsil olunur. İndi də bələdiyyə seçkilərinə
qatılmışıq. Artıq namizədlərin siyahısı hazırdır. Bu gün həmin namizədlərin bir
qismi ilə görüşdük. Bütün hazırlıqlarımız qaydasnca gedir”.
News365.az