Gürcüstan Daxili İşlər Nazirliyi kriminal dairələrdə "Gela Tbilisski" kimi tanınan qanuni oğru Gela Cocuanı saxlayıb.
News365.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, internetdə Gela Cocuanın qızı, MMA döyüşçüsü Liana Cocuanı görməyə gəldiyi iddia edilən video yayılıb. Onun sərhədi necə keçdiyi və hansı sərhəd məntəqəsindən Gürcüstana daxil olduğu məlum deyil. O, bir neçə dəfə Ukraynada saxlanılıb. Gela həm oğru dünyasına mənsub olmaqda, həm də cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham olunub. Ona qarşı qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və narkotik vasitələrin qanunsuz əldə edilməsini nəzərdə tutan iki - 236 və 260-cı maddələrlə istintaq başladılıb.
Bildirilir ki, qanuni oğru Ortaçala rayonundakı dostu - keçmiş dövlət qulluqçusu, əvvəllər "Tbilservis"ə rəhbərlik etmiş Aleko Kvaçadzenin evində saxlanılıb.