"COP29 Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb"- XİN

"COP29 Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb"- XİN
28 Dek 2024 16:40

Gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə artan təsir imkanları, inkişaf etmiş ölkələr ilə inkişaf etməkdə olan ölkələr arasındakı kəskin ziddiyyətlər kontekstində baş tutan COP29 Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb.

News365.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair hesabatında əks olunub.

Qeyd edilib ki, COP29 çərçivəsində 12-13 noyabr tarixlərində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı COP29 sədrliyi tərəfindən 34 yüksək səviyyəli tədbir, 14-21 noyabr tarixlərində isə Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir keçirilib.

Bu tədbirlərdə 80 dövlət və hökumət başçısı olmaqla, 196 dövlət, 200-dən çox beynəlxalq təşkilat, 2 minədək QHT nümayəndəsi iştirak edib.

Vurğulanıb ki, Azərbaycanın sədrliyi 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP-30-a qədər davam etməklə yanaşı, iqlim diplomatiyası fəal şəkildə həyata keçiriləcək.



Youtube kanalımız